Sabah “Qarabağ” - “Şkendiya” matçı keçiriləcək.
“Football-plus.az” xəbər verir ki, “Şkendiya”nın yarımmüdafiəçisi Kamer Qaka və baş məşqçisi Jeton Beqiri də media önünə çıxıb.
- Kamer, oyundan gözləntiniz nədi?
- Çətin oyun olacağını bilirik. Rəqibimiz güclüdü. İlk oyunda, təəssüf ki, məğlub olduq.
- Hansı futbolçu daha çox çətinlik yaratdı?
- Kimisə xüsusi deyə bilmərəm. Futbol komanda oyunudu. “Qarabağ”a da komanda kimi yanaşıram.
- FCSB-ni keçmək sizə motivasiya verir?
- Hər oyunda qələbə qazanmağa çalışırıq. Sabahkı oyunda da bunu etməyə çalışacağıq.
Daha sonra baş məşqçi Jeton Beqiri jurnalistlərin suallarını cavablayıb.
- “Qarabağ”ı məğlub etmək üçün həlledici amil nə olacaq?
- Sabahkı oyun çox çətin olacaq. Əlimizdən gələnin maksimumunu edib qol vurmağa çalışacağıq. İlk oyunda uduzmuşuq, itirəcəyimiz heç nə yoxdu.
- İlk oyundakı hesab 4:0, 5:0 da ola bilərdi. Sizcə nədə səhv etdiz? Taktikanı düzgün seçməmişdiz, yoxsa necə?
- Oyun istədiyimiz kimi keçmədi. Problemlərimiz var idi, xüsusilə də fiziki cəhətdən.
- İlk oyunda çox ehtiyatlı oynadız. FCSB-yə qarşı daha aqressiv oynamışdız.
- Maksimumu etməyə çalışdıq. İlk hissədə “Qarabağ” daha yaxşı oynadı, fiziki baxımdan yorulduq. İkinci hissədə biz daha yaxşı oynadıq. Bu dəfə hücum futbolu oynayacağıq.
- “Qarabağ” tarixinin ən yaxşılarından olan Muarem Muaremlə “Qarabağ” haqda söhbətiniz olub?
- Bəli, onu yaxşı tanıyıram. Bizdə də oynayıb. İndi həmkarımızdı. Hörmət xatirinə onunla əlaqə saxlamadım. Qurban Qurbanovla da yaxın əlaqələri var.
- Fiziki problemlərinizin olduğunu dediz. Sabahkı oyun əlavə vaxta getsə, bu məsələni necə həll edəcəksiz?
- Hazırda bu məsələni fikirləşmirəm. Azərbaycanda çempionat başlamayıb deyə “Qarabağ” əlavə oyun keçirmir.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta