AZ

“Şkendiya”nın futbolçusu: "Çalışacağıq bu oyunda da qalib gələk"

“Bakıya gələrkən çətin oyun olacağını bilirdik".

İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri Şimali Makedoniya təmsilçisi “Şkendiya”nın futbolçusu Kamer Qaka UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ”a qarşı keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.

30 yaşlı yarımmüdadiəçi ilk görüşdə istədikləri oyunu oynaya bilmədiklərini söyləyib: "Amma sabahki matçda daha qətiyyətli olaraq qələbə qazanmağa çalışacağıq. II təsnifat mərhələsində Rumıniyanın FCSB klubunu üstələmişik. Çalışacağıq bu oyunda da qalib gələk".

Qeyd edək ki, “Qarabağ” ilə “Şkendiya” arasında cavab görüşü avqustun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Tərəflər arasında ilk qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.biz

Seçilən
25
50
idman.biz

10Mənbələr