AZ

"Onu yeməklə bağlı cərimə etmişik” - Qurban Qurbanov

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə üz-üzə gələcəkləri “Şkendiya” ilə oyundan öncə mətbuat konfransında iştirak edib. 

Bakıvaxtı.az xəbər verir ki, o, əvvəlcə matç barədə danışıb:

“Çox vacib oyundur. Çünki rəqib də çox iddialıdır. Əvvəlki oyunları haqda da demişdim ki, iddialıdırlar, döyüşkəndirlər. Buna görə də, sabah ola bilər ki, çox güc sərf edək. Sadəcə pis hazırlaşmamışıq. Çox intizamlı oynamağa çalışmalıyıq. Futbolçularla danışmışıq, Yaxşı, maraqlı oyun olacaq. Hər iki komanda ilk oyunun nəticəsinə görə, qalib gəlməyə layiqdir. Bizim bir balaca üstünlüyümüz var, irəlidəyik. Çox ciddi 90 dəqiqə keçirməliyik”.

- “Şkendiya” haqda nə düşünürsüz?

- Eyni düşüncədə oldum, oyundan öncə də, sonra da. Əvvəl də demişdim ki. FKSB ilə iki oyunda qalib gələn komandadır. Hamı düşünürdü ki, FKSB qalib gələcək, amma "Şkendiya" qələbə qazandı. Öz döyüşkənliyi və xarakteri ilə bunu bcardılar. Meydanda da şahid olduq. Təəssüratlarım eyni oldu. Sabah çox mobil komanda olmalıyıq. Bərk durmağı bacarmalıyıq.

- Kadi Borgesin ilk oyundakı intizamsız oyununu, qeyri-peşəkar davranışlarının səbəbi nədir? İstəkli olması idi, yoxsa həmin oyunda təzyiqdən əmələ gələn bir şey idi?

- Bəlkə daha ağır sözlər işlətdin. Həm intizamsız, həm istəksiz... Amma əslində, belə deyil. Futbolçularımın hamısı son vaxtlarda həm məşqdə, həm oyunlarda istəkli, intizamlıdırlar. Kadi daha çox texnikalı oyunçudur. Top itkiləri bəlkə az olmağını fikirləşirsiz. Ancaq rəqibi də nəzərə almaq lazımdır. Son vaxtlarda Avropa futbolunda rəqiblərə baxsaq, top itkiləri çoxalıb. Futbol fərqli olmağa başlayıb. Kadiyə verilən tapşırıq var idi. Topsuz oyunda, müdafiə planında, bəzi hücumların qurulmasında taktiki düzgün yerinə yetirirdi. Texniki səhvlər qaçılmazdır, həmişə olacaq. Kadinin daha yaxşı olmaq potensialı var.

- Emmanuel Addainin rejimi müzakirə olundu ki, qeyri-stabil rejimdədir, qidasına fikir vermir...

- İstənilən futbolçunun hansısa çatışmayan cəhətləri var. Daha çox özündən asılı olmayan.... İstər-istəməz bu gün gəldiyi vaxtdan indiki fikirləşsək, çox fərq var. Oyununda yox, işinə yanaşmasında belədir. Bizim istəklərimizi yerinə yetirməsində çox böyük dəyişiklik var. İnsan orqanizmi fərqlidir. O rejimdən bizim Azərbaycan mətbəxinə düşüb. Həmişə dünyanın ən ləzzətlisi Azərbaycan mətbəxidir. Həqiqətən elədir. O da gəlib, bu cür yeməkləri görür, yeməklərə həvəsli olur. Əvvəl də var idi. Kiçik cərimələr də etmişik onu yeməklə bağlı(gülür). Bəzi insanlar fərqli, həssas olurlar. Gözümüz onun yediyi yeməkdə deyil. Bir az bəzi narazılıqlar olub. Amma son vaxtlar hər şey qadasındadır. Özüm də bu yolu keçmişəm. İnsan bir həftə-10 gün yaxşı rejimdə olanda, iştahın çoxalır, yaxşı yeməklər yemək istəyirsən. Dəyişiklik çox olub. Ciddi problem deyil. Çox şey yaxşılığa doğru gedir.

- “Spartak”la adınız hallanırdı. Nə dərəcəd doğrudur?

- Xeyr, təklif olmayıb.

- “Şkendiya” ilə matçda hansı mövqeyin çıxışı sizi qane etmirdi?

- Çox açıqlamağa ehtiyac yoxdur. Sadəcə bir az daha səliqəli oynamağımız daha yaxşı olardı.  Sadə top itkiləri yaşadıq. Bəzi elə oyunçular elə top itkisisinə yol verir ki, bunu nadir hallarda yol verirlər. Bunu azaltmağı bildirmişik. 

- İlk matçda Mateuş Koxalskinin seyvləri ilə diqqət çəkdi. Sabah da polşalı olacaq qapıda?

- Oynamaq ehtimalı çoxdur. Hər bir halda, bəzi dəyişikliklər etmişik. 

- Tahir Gözəl açıqlamışdı ki, hücum xətti gücləndiriləcək. Andre Klovisin komandaya gələcəyi gözlənilir. Onu komandada görəcəyik?

- Çox futbolçu var ki, transfer siyahımızdadır. Onlardan biri də Klovisdir. Hamısı baxılır, müzakirə olunur. Bu gün desək ki, sabah onu gətiririk. Belə məlumat yoxdur. Danışıq gedən futbolçular çoxdur. 

- “Ludoqorets”in çıxmağınızı istəyərdiz?  Çünki onların heyəti çox da dəyişilməyib..

- Qalib gəlsək də, uduzsaq da, onlarla düşəcəyik. Belə püşkdür. Hansında hansını istəyərik, düzgün çıxmaz. Üzərimizə düşən sabahkı oyuna köklənməliyik.

- Joni Montielin durumu necədir?

- Hazırlıq durumu yaxşı deyil. Bir az müddət lazımdır. Universal oyunçudur. Mərkəz oyunçudur, amma sağ hücumçu da oynamaq bacarığı da var. Sadəcə bir az vaxt lazım olacaq. Rotasiyalar çox edirəm. Bu oyunçunun da tam vaxt lazım olacaq. Bir neçə oyundan sonra tam bərpa olacaq. Orta və sağ cinahda lazım ola bilər.

- Pley-off matçlarına qədər hücumçu məsələsini həll edəcəksiz, yoxsa bu heyətlə davam edəcəksiz?

- Daim əkrar-təkrar olan söhbətdir. Elə mövqedir, transfer siyasəti elədir ki, bazarda satılmır ki, pulu verib gətirəsən. Nə qədər hücumçu transfer etmişik. Bir o qədər də yanılmamaışıq. Bizim hücumçularımızı başqa klublar transfer var. Yaxşı oyunçu gətirməyin üstün tərəfi var, həm də bizə zərbə vuran tərəfi var. 3-5 yaxşı oyun oynadı, təkliflər başlayır və oyunçunu itirdik. Onu komandadan gedəndə itirmirik, amma bizdə olanda itiririk. Hansısa kluba yox cavab verəndə, futbolçunun əhvalı korlanır. Hücumçuları alıb, sonra satmışıq. Dino Ndolovu da satdıq, İbrahima Vadjini satdıq, Juninyonu belə, Mahir Emreli. Həm yaxşı tərəfi var, digər tərədən isə bizə mane olur. Kollektiv formalaşdırırsan, oyun üslubu qurursan. Sabah birdən-birə oyunçunun moralı pozulur, başlayıram problem yaşamağa. Nəinki tək hücumçu, həm orta xətdə, həm sol-sağ hücumçu, həm müdafiə, yenə də oyunçu axtarırıq. Bir hücumçu götürməklə dayanmayacağıq. ELə addım atmaq istəyirik ki, oyunçu və bizim üçün tam faydalı olsun. Ki, işimizin faydalı iş əmsalı yuxarı olsun. Təzyiqlər çoxdur, hamı ühcumçu gözləyir, istəyir. İllərdir ki, hər il bunun müzakirəsini görmüşük.

Son vaxtlar Klovisin çox məlumatlar gedir. Bəzən asılı olmayan bir şeyər var. Tək bir oyunçunu düşünmürük, kollektivi, gedişatı düşünürük. Kənardan çox rahat görünə bilər, amma işin içində elə detallar var ki, onu da nəzərə almalıyıq. Burada nə üçün işləyirik? Sizləri, azarkeşləri sevindimrək üçün. Futbolçularıma da bəzən teoriyalarda deyirəm ki, biz illərdir lider olmaq istəyirik, liderlər sırasındayıq. Hər komanda bunu saxlaya bilmir. O qədər ölkələrin çempionları var, çempion olur, sonra 13-14-cü yerdə olurlar. Böyük beşlikdə də belə hallar baş verir. Ronaldo getdi, ikinci Ronaldo nə vaxt tapılar? Ya da, Messi. Liderlərin problemi öndə olur, həm də asan olmur. Minimum əlimizdə olanı qoruyub-saxalamlıyıq ki, oyun sistemimizn pozulmasın, nəticələrimiz ən azından olduğu kimi qalsın. Kreativ oyunçu axtarmağa daha çox vaxt ayırmışıq. Juninyo gəldi, ddi ki, bəs belə. Onun xətrini çox istəyirəm ki, xarakterlidir. İspaniyadan, Braziliyadan təklif gəldi, onu itirdik. Onu et, bunu et deyirdik, edə bilmirdi. İstəyirdi. Amma psixoloji məsələi idi. Azarkeşlərimizə bildirim ki, narahat olmasınlar, çalışırıq, bütün detallara fikir verərək, oyunçu götürürük. Elə nüanslar var ki, bir-birimizə mane olur. Axtarışdayıq. Transfer pəncərəsinin son gününəkimi işimizi davam etdiririk. 1-2 oyunçu götürsək də, işimizə davam edəcəyik.

- Muarem Muaremlə görüşünüz necə keçdi?

- Kökəlmişdi. Qəlbimizdə böyük yeri var. ELəcə də bütün futbolçuların. Sizin bilmədiyiniz şeylər çoxdur. Kollektivdə hansı ürəklə çalışırlar, bu adı başa düşərək qəbul edib, nə cür hazırlaşırlar. Dedim ki, biraz kökəlmisən.

Seçilən
20
50
bakivaxti.az

10Mənbələr