AZ

“Bu dəfə hücum futbolu oynayacağıq” “Şkendiya”nın baş məşqçisi

Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sabah “Qarabağ” - “Şkendiya” matçı keçiriləcək. “Football-plus.az” xəbər verir ki, “Şkendiya”nın yarımmüdafiəçisi Kamer Qaka və baş məşqçisi Jeton Beqiri də media önünə çıxıb.- Kamer, oyundan gözləntiniz nədi?- Çətin oyun olacağını bilirik. Rəqibimiz güclüdü. İlk oyunda, təəssüf ki, məğlub olduq.- Hansı futbolçu daha çox çətinlik yaratdı?- Kimisə xüsusi deyə bilmərəm. Futbol komanda oyunudu. “Qarabağ”a da komanda kimi yanaşıram.- FCSB-ni keçmək sizə motivasiya verir?- Hər oyunda qələbə qazanmağa çalışırıq. Sabahkı oyunda da bunu etməyə çalışacağıq.Daha sonra baş məşqçi Jeton Beqiri jurnalistlərin suallarını cavablayıb.- “Qarabağ”ı məğlub etmək üçün həlledici amil nə olacaq?- Sabahkı oyun çox çətin olacaq. Əlimizdən gələnin maksimumunu edib qol vurmağa çalışacağıq. İlk oyunda uduzmuşuq, itirəcəyimiz heç nə yoxdu.- İlk oyundakı hesab 4:0, 5:0 da ola bilərdi. Sizcə nədə səhv etdiz? Taktikanı düzgün seçməmişdiz, yoxsa necə?- Oyun istədiyimiz kimi keçmədi. Problemlərimiz var idi, xüsusilə də fiziki cəhətdən.- İlk oyunda çox ehtiyatlı oynadız. FCSB-yə qarşı daha aqressiv oynamışdız.- Maksimumu etməyə çalışdıq. İlk hissədə “Qarabağ” daha yaxşı oynadı, fiziki baxımdan yorulduq. İkinci hissədə biz daha yaxşı oynadıq. Bu dəfə hücum futbolu oynayacağıq.- “Qarabağ” tarixinin ən yaxşılarından olan Muarem Muaremlə “Qarabağ” haqda söhbətiniz olub?- Bəli, onu yaxşı tanıyıram. Bizdə də oynayıb. İndi həmkarımızdı. Hörmət xatirinə onunla əlaqə saxlamadım. Qurban Qurbanovla da yaxın əlaqələri var.- Fiziki problemlərinizin olduğunu dediz. Sabahkı oyun əlavə vaxta getsə, bu məsələni necə həll edəcəksiz?- Hazırda bu məsələni fikirləşmirəm. Azərbaycanda çempionat başlamayıb deyə “Qarabağ” əlavə oyun keçirmir.MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
50
icma.az

10Mənbələr