AZ

İsrailin blokadası nəticəsində Qəzzada daha 5 nəfər aclıqdan ölüb

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Qəzza zolağında son 24 saat ərzində daha 5 fələstinli aclıqdan həyatını itirib.

TurkicWorld xəbər verir ki, İsrailin davam edən hücumları və bölgəyə tətbiq etdiyi blokada nəticəsində Qəzza zolağında humanitar böhran daha da dərinləşir. Qida çatışmazlığı və tibbi yardımın məhdudluğu səbəbindən aclıq halları artmaqdadır.

Qeyd edək ki, BMT və beynəlxalq humanitar təşkilatlar Qəzzada aclıq riskinin kritik həddə çatdığını və bölgəyə təcili yardım göstərilməsinin vacibliyini dəfələrlə vurğulayıblar.

Seçilən
9
34
turkic.world

10Mənbələr