Qəzza zolağında, 7 oktyabr 2023-cü ildən bəri İsrailin davam edən hücumları ilə yanaşı, aclıq və ərzaq çatışmazlığı da gündəmdədir. İsrail hücumları nəticəsində tanınmış fələstinli idmançılar həyatını itirib, bir çox idman obyektləri ciddi ziyan görüb, infrastruktur isə demək olar ki, tamamilə dağıdılıb.
Fələstin Futbol Assosiasiyasının (PFA) məlumatına görə, son 22 ay ərzində İsrailin hücumları nəticəsində Qəzzada 808 idmançı həyatını itirib. Onlardan 421-i futbolçular olub.
Blokada altında yaşayan idmançılar təkcə hücumlarla deyil, həm də qida çatışmazlığı və ağır yaşam şəraiti ilə mübarizə aparırlar. Ərzaq qıtlığı və aclıq səbəbindən Qəzza sakinləri idmandan uzaq düşüb, bölgədə idman fəaliyyəti demək olar ki, dayanıb.
//Samir Qurbanov, Editor.az