AZ

Qəzzada aclıqdan həyatını itirənlərin sayı 210-u keçib

BAKI, TurkicWorld, Səməd Əyyubov

Qəzza zolağında aclıq və qida çatışmazlığı nəticəsində ölənlərin sayı artmaqdadır.

TurkicWorld xəbər verir ki, son məlumatlara görə, daha 11 nəfərin aclıqdan həyatını itirməsi ilə ümumi ölüm sayı 98-i uşaq olmaqla 212-yə çatıb.

Bu ağır humanitar vəziyyət fonunda ABŞ-ın dəstəyi ilə Misir və Qətərdəki vasitəçilər, son günlərdə yaranmış durğunluqdan sonra İsrail və HƏMAS-ı danışıqlar masasına qaytarmağa çalışırlar. Cəhdlər, İsrail Hərbi-Siyasi Kabinetinin Qəzza zolağını mərhələli şəkildə işğal etməyi nəzərdə tutan planı təsdiqləməsindən əvvəl başlayıb.

Qeyd edək ki, İsrail Təhlükəsizlik Kabineti Qəzza şəhərinin işğalı ilə bağlı yeni planı təsdiqləyib. Bu qərar bölgədə gərginliyi daha da artırıb və beynəlxalq aləmdə, o cümlədən Türkiyə və Almaniyada kəskin reaksiyalara səbəb olub.

İsrailin Qəzza zolağına hava zərbələri endirməyə davam edir və onlarla insanın ölümünə səbəb olur. Quru əməliyyatları isə Xan Yunusun şimalı, mərkəzi və əl-Mavasi bölgəsi yaxınlığında genişləndirilib.

Seçilən
20
34
turkic.world

10Mənbələr