AZ

Həndbol üzrə Azərbaycan millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılıb – EKSKLÜZİV

Bakı,11 avqust, AZƏRTAC

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aleksandr Revva ilə müqavilənin müddəti uzadılıb.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, rusiyalı mütəxəssislə 1 illik yeni sözləşmə imzalanıb.

O, bu il Səudiyyə Ərəbistanında keçiriləcək İslam Həmrəyliyi Oyunlarında yığmanın sükanı arxasında olacaq.

Qeyd edək ki, Aleksandr Revva 2023-cü ilin oktyabr ayından Azərbaycan millisinə rəhbərlik edir. Mütəxəssis, həmçinin qadın həndbolçulardan ibarət “Azəryol” komandasının da baş məşqçisidir.

Seçilən
31
1
azertag.az

5Mənbələr