Bakı,11 avqust, AZƏRTAC
Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aleksandr Revva ilə müqavilənin müddəti uzadılıb.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, rusiyalı mütəxəssislə 1 illik yeni sözləşmə imzalanıb.
O, bu il Səudiyyə Ərəbistanında keçiriləcək İslam Həmrəyliyi Oyunlarında yığmanın sükanı arxasında olacaq.
Qeyd edək ki, Aleksandr Revva 2023-cü ilin oktyabr ayından Azərbaycan millisinə rəhbərlik edir. Mütəxəssis, həmçinin qadın həndbolçulardan ibarət “Azəryol” komandasının da baş məşqçisidir.