AZ

Həndbol üzrə Azərbaycan millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılıb EKSKLÜZİV

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı,11 avqust, AZƏRTAC

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aleksandr Revva ilə müqavilənin müddəti uzadılıb.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, rusiyalı mütəxəssislə 1 illik yeni sözləşmə imzalanıb.

O, bu il Səudiyyə Ərəbistanında keçiriləcək İslam Həmrəyliyi Oyunlarında yığmanın sükanı arxasında olacaq.

Qeyd edək ki, Aleksandr Revva 2023-cü ilin oktyabr ayından Azərbaycan millisinə rəhbərlik edir. Mütəxəssis, həmçinin qadın həndbolçulardan ibarət “Azəryol” komandasının da baş məşqçisidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
2
azertag.az

5Mənbələr