“Sabah”ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Levski” Bolqarıstan çempionatında 4-cü tur oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, komanda öz meydanında “Spartak Varna” ilə qarşılaşıb.
Görüşdə "Levski" 2:1 hesablı qələbə qazanıb.
Bu qələbə ilə Sofiya təmsilçisi xallarının sayını 12-yə çatdırıb. 4 turdan sonra maksimum nəticə göstərən “Levski” “Ludoqorets”lə birgə 1-2-ci yerləri bölüşür.
"Levski" - "Spartak Varna” 2:1
Qollar: Marin Petkov, 4 (1:0), Borislav Rupanov, 45 (2:0), Daniel İvanov, 86 (2:1)
"Sabah" və "Levski" arasında cavab görüşü avqustun 14-də Bakıda olacaq. İlk görüşdə Bolqarıstan klubu 1:0 hesablı qələbə qazanıb.