“Real Madrid”də “9” nömrəli formanın gənc Qonsalo Qarsiyaya veriləcəyinə görə narazı olan Endrik arzusuna çatıb.
Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu “10” nömrəni götürən Kilian Mbappenin boşaltdığı formaya sahib çıxıb.
Endrik Mbappedən əvvəl 13 il Kərim Benzemanın tərlətdiyi formada oynayacaq.
Bundan əvvəl isə braziliyalı 16 nömrəli formada çıxış edirdi.