“Neftçi” növbəti transfer çalışmasını bitirib. Falaye Sakko artıq “ağ-qaralar“ın yeni oyunçusudur. Danışıqlar aparmaq üçün Bakıya gələn “Monpelye”nin müdafiəçisi gördüklərindən razı qalıb. 30 yaşlı sağ cinah oyunçusu tibbi müayinədən uğurla keçib və iki illik müqavilə şərtlərinə razılıq verib.
SPORTİNFO.AZ