AZ

Sumqayıtda 57 yaşlı kişi yıxılaraq öldü

Sumqayıtda 57 yaşlı kişi yüksəklikdən yıxılaraq ölüb.

XəzərNews.az xəbər verir ki, 1968-ci il təvəllüdlü Rasim Tofiq oğlu Quliyev şəhərin 4-cü mikrorayonunda yerləşən çoxmərtəbəli yaşayış binanın üçüncü mərtəbəsindən yıxılıb.

İlkin ehtimallara əsasən, hadisə ehtiyatsızlıqdan baş verib.

Ağır xəsarətlər alan R.Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 5 dəfə oxunub.
Seçilən
122
6
xezernews.az

10Mənbələr