AZ

57 yaşlı kişi binanın 3-cü mərtəbəsindən yıxılaraq öldü

Sumqayıtda 57 yaşlı kişi yüksəklikdən yıxılaraq ölüb.

Axar.az xəbər verir ki, 1968-ci il təvəllüdlü Rasim Tofiq oğlu Quliyev şəhərin 4-cü mikrorayonunda yerləşən çoxmərtəbəli yaşayış binalarından birinin üçüncü mərtəbəsindən yıxılıb.

İlkin ehtimallara əsasən, hadisə ehtiyatsızlıqdan baş verib.

Ağır xəsarətlər alan R.Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
119
13
axar.az

10Mənbələr