AZ

57 yaşlı kişi yüksəklikdən yıxılaraq öldü

Sumqayıtda 57 yaşlı kişi yüksəklikdən yıxılaraq ölüb.

XəzərNews.azxəbər verir ki, 1968-ci il təvəllüdlü Quliyev Rasim Tofiq oğlu şəhərin 4-cü mikrorayonunda yerləşən çoxmərtəbəli yaşayış binalarından birinin üçüncü mərtəbəsindən yıxılıb.

İlkin ehtimallara əsasən, hadisə ehtiyatsızlıqdan baş verib.

Ağır xəsarətlər alan R.Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 3 dəfə oxunub.
Seçilən
126
6
xezernews.az

10Mənbələr