"Karvan" daha bir futbolçu ilə müqaviləni yenilədiyini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Rəhman Şabanov ilə 1 illik yeni müqavilə imzalanıb.
28 yaşlı futbolçu ötən mövsüm I Liqada bölgə təmsilçisində 23 oyun keçirib, 14 məhsuldar ötürmə edib və 2 qol müəllifi olub.
"Karvan" müdafiəçi Ceyhun Bağırzadə ilə də müqaviləni yeniləyib.
Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Karvan" bu yay Kamran İbrahimovl və İbrahim Qədirzadə ilə də müqaviləni uzadıb.