"Neftçi” bu gün daha bir transferini həyata keçirib.
Klubun rəsmi saytı Sportinfo.az-ın dünən axşam saatlarında yaydığı məlumatı beləcə təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/neftci/226558.html).
Lüksemburq millisinin forvardı Alessio Kurçi heyətə cəlb edilib. 23 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.
Bizdəki informasiyaya görə, Kurçi bu müddətdə 1,1 milyon dollardan çox pul qazanacaq.
Başqa sözlə, onun burada gəliri ilbəil artacaq: hər ötən mövsümə görə əldə edəcəyi vəsait bu cür çoxalacaq.
Futbola vətənində başlayıb Almaniyada davam edən Kurçinin sonuncu klubu “Francs Borains” (Belçika) olub. O, millinin heyətində 15 oyun keçirib, 1 qol vurub.
"Neftçi" bu yay Sessi D’Almeyda,Luis Ortis, Elvin Bədəlov, Murad Xaçayev, İqor Ribeyro, İmad Faraj, Freddi Varqas, Cordan Rezabala, Kristian Kostin və Kenan Piriçi də heyətinə cəlb edib.