AZ

Premyer Liqa təmsilçisi ilə 4 illik müqavilə imzalayacaq - İsveçrəli yarımmüdafiəçi

“Bayer”in futbolçusu Qranit Caka “Sanderlend”ə transfer olunur.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi transferə razılıq verib.

İsveçrəli yarımmüdafiəçiyə bu gün İngiltərəyə uçmağa icazə verilib. O, keçid prosedurlarını tamamlamaq üçün “Sanderlend”in düşərgəsinə qoşulacaq.

32 yaşlı futbolçu İngiltərə klubu 4 illik müqavilə imzalayacaq. Transferin məbləği isə 20 milyon avro olaraq müəyyənləşdirilib.

Seçilən
67
1
sportinfo.az

10Mənbələr