AZ

“Qarabağ”ı udmaq şansımız var, aqressiv olmalıyıq”

"Qarabağ" güclü rəqibdir".

Sportinfo.az xəbər verir ki, bunu "Şkendiya"nın (Şimali Makedoniya) baş məşqçisi Ceton Bekciri Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransında deyib.

Mütəxəssis Ağdam təmsilçisinin güclü rəqib olduğunu bildirib:

"Öz gücümüzə inanırıq. Ümid edirik ki, Çempionlar Liqasında yolumuza davam edəcəyik.

"Qarabağ" güclü rəqibdir. Amma bizim də yüksək keyfiyyətə malik futbolçularımız var.

Növbəti raunda vəsiqə qazanmağa çalışacağıq. Bunun üçün şansımız var.

Bu oyuna maksimum köklənməli və aqressiv olmalıyıq. Hər fürsətdən istifadə etməliyik.

İlk matç hər şeyi həll etməyəcək. Lakin Bakıdakı cavab qarşılaşması öncəsi sərfəli nəticə əldə etmək istəyirik".

O, II təsnifat mərhələsində qarşılaşdıqları Rumıniyanın FCSB kollektivi ilə "Qarabağ"ı müqayisə etmək istəmədiyini söyləyib:

"Qurban Qurbanoov 17 ildir ki, "Qarabağ"ın baş məşqçisi kimi çalışır. Heyətdə elə futbolçular var ki, 5,6 hətta 7 ildir ki, bu klubun şərəfini qoruyur və bir-birilərini çox yaxşı anlayırlar.

Onları görüşün favoriti hesab etmək olar, lakin bəzən işlər meydanda fərqli olur. Rəqibimiz yaxşı komandadır və futbola ciddi investisiya yatırırlar".

Avqustun 5-də Şimali Makedoniyadakı “Todor Proeski” stadionunda baş tutacaq ilk görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı isə saat 20:00-da başlayacaq.

Seçilən
23
21
sportinfo.az

10Mənbələr