AZ

"Şkendiya”nın baş məşqçisi: “Qarabağ” güclü rəqibdir"

“Şkendiya”nın (Şimali Makedoniya) baş məşqçisi Jeton Beqiri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransında iştirak edib.

Publika.az xəbər verir ki, mütəxəssis Ağdam təmsilçisinin güclü rəqib olduğunu bildirib:

“Öz gücümüzə inanırıq. Ümid ediririk ki, Çempionlar Liqasında öz yolumuza davam edəcəyik. “Qarabağ” güclü rəqibdir. Amma bizim də yüksək keyfiyyətə malik futbolçularımız var. Növbəti raunda vəsiqə qazanmağa çalışacağıq. Növbəti mərhələyə keçmək üçün şansımız var. Bu oyuna maksimum köklənməli və aqressiv olmalıyıq. Hər fürsətdən istifadə etməliyik. İlk matç hər şeyi həll etməyəcək. Lakin Bakıdakı cavab qarşılaşması öncəsi sərfəli nəticə əldə etmək istəyirik”.

Seçilən
10
21
publika.az

10Mənbələr