Qazaxıstanla Azərbaycan arasında baytarlıq sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində razılıq əldə olunub.
NOCOMMENT.az bildirir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.
Bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, baytarlıq sertifikatlarının formalarının razılaşdırılması ilə Qazaxıstandan Azərbaycana balıq və balıq məhsullarının, həmçinin bal və digər arıçılıq məhsullarının ixracı həyata keçiriləcək.
Qeyd olunub ki, sertifikatlar iki ölkənin səlahiyyətli baytarlıq xidmətləri arasında aparılan rəsmi danışıqlar zamanı hazırlanıb və razılaşdırılıb.
Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, baytarlıq sertifikatlarının formalarının uyğunlaşdırılması Qazaxıstan istehsalçıları üçün yeni imkanlar açır, onlara Azərbaycanın perspektivli bazarına daxil olmağa, ixrac coğrafiyasını genişləndirməyə və istehsal etdikləri məhsulların beynəlxalq baytarlıq tələblərinə uyğunluğunu təsdiq etməyə şərait yaradır.\\Oxu.Az