AZ

Qazaxıstan Azərbaycana balıq, bal və arı məhsulları ixrac edəcək

Qazaxıstandan Azərbaycana balıq, bal və arı məhsullarının ixracı üçün baytarlıq sertifikatlarının formaları razılaşdırılıb.

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, sertifikatlar iki ölkənin səlahiyyətli baytarlıq xidmətləri arasında aparılan rəsmi danışıqlar zamanı razılaşdırılıb.

Baytarlıq sertifikatlarının formalarının razılaşdırılması Qazaxıstan istehsalçıları üçün yeni imkanlar açır. Bu, onlara Azərbaycanın perspektivli bazarına daxil olmağa, ixrac coğrafiyasını genişləndirməyə və istehsal etdikləri məhsulların beynəlxalq baytarlıq tələblərinə uyğunluğunu təsdiq etməyə imkan verəcək.

Seçilən
42
5
banker.az

6Mənbələr