Qazaxıstandan Azərbaycana balıq, bal və arı məhsullarının ixracı üçün baytarlıq sertifikatlarının formaları razılaşdırılıb.
Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Bildirilib ki, sertifikatlar iki ölkənin səlahiyyətli baytarlıq xidmətləri arasında aparılan rəsmi danışıqlar zamanı razılaşdırılıb.
Baytarlıq sertifikatlarının formalarının razılaşdırılması Qazaxıstan istehsalçıları üçün yeni imkanlar açır. Bu, onlara Azərbaycanın perspektivli bazarına daxil olmağa, ixrac coğrafiyasını genişləndirməyə və istehsal etdikləri məhsulların beynəlxalq baytarlıq tələblərinə uyğunluğunu təsdiq etməyə imkan verəcək.