ain.az bildirir, Mia.az saytına əsaslanaraq.
"Kapital Bank" (Birbank) avqustun 1-dən başlayaraq marketlərdən alış-veriş zamanı əldə olunan keşbekləri dayandırıb.
Mia.az xəbər verir ki, bank artıq hər ay iki seçim imkanı təklif etdiyi siyahıdan kart sahiblərinin daha çox istifadə etdiyi "market"lər seçimini "ixtisar"a salıb: "Düzdür, yalnız "Bravo" saxlanılıb. O da yalnız umico keşbeklərə şamil edilib, özü də 0.3 faizlə. GR kodla isə bir faiz... Yəni, burada da faiz aşağı salınıb".
Yada salaq ki, əvvələr kartla marketlərdənalış-veriş etdikdə 2.5-3 faizədək avtomatik keşbek verilirdi və bu, keşbek bir amnatı aşdıqda istənilən əməliyyatda istifadə olunurdu. Lakin sonradan marketlər üzrə faizlər 1 faziədək endirilmişdi. İndisə "Bravo"dan başqa digər marketlərdə kartla alış-verişdə keşbek olmayacaq.
Məsələ ilə bağlı Mia.az-ın sorğusuna "Kapitalbank"dan belə cavab verilib:
"1 avqust 2025-ci ildən etibarən Birbank kartları üçün yeni bonus şərtləri tətbiq olunacaq. Bu dəyişikliklər daha çox qazanmaq imkanı yaradır və aşağıdakı kimidir:
Partnyorlarda alış-verişlərə keşbek əvəzinə limitsiz bonus:
Əvvəl Birbank kartları ilə partnyorlarda etdiyin alış-verişlər zamanı keşbek qazanırdın. 1 avqust 2025-ci ildən etibarən partnyorlarda etdiyin ödənişlərə görə keşbek əvəzinə Umico bonusları qazanacaqsan. Bu bonuslar limitsiz olacaq və partnyorlarımızda alış-veriş etdikcə bütün bonuslar toplanacaq.
Qeyd edək ki, partnyorlarda bonus qazanmaq üçün Birbank tətbiqində ən azı 1 Umico bonus kateqoriyası seçməlisən. Əgər bu ay üçün keşbek kateqoriyasını seçsən, partnyorlarda ödənişlərə görə bonus əldə edə bilməyəcəksən. Yalnız bonus kateqoriyasını seçərək limitsiz bonus qazanmaq mümkündür.
Daha çox bonus qazanmaq şansı
Yeni qaydalara əsasən, qazandığın bonuslar toplanacaq. Məsələn, əgər bu ay üçün "Hotellər - 3%" bonus kateqoriyasını seçib partnyorumuzda ödəniş edirsənsə, həmin ödəniş üçün əlavə 5% bonus əldə edəcəksən. Bu halda həm “Hotellər” bonus kateqoriyasından 3%, həm də partnyor ödənişi üzrə əlavə 5% bonus olmaqla toplamda 8% Umico bonusu qazanacaqsan.
Aylıq kateqoriya limitləri
İndi Birbank kartları ilə ay ərzində maksimum 50₼ keşbek və ya maksimum 100 Umico bonusu qazanmaq olar. Birbanklılar bir neçə fərqli kartdan istifadə edərək bonus və ya keşbek qazana bilər, lakin toplam məbləğ müvafiq limitləri keçməməlidir.
Bu yeniliklərdən faydalanmaq üçün:
- Birbank tətbiqində ən azı bir bonus kateqoriyası seç;
- Partnyorlarda alış-veriş etməklə limitsiz bonus qazanmağa başla;
- Qazandığın bonusları növbəti alış-verişlərində xərclə.
F.ƏHMƏD
MİA.AZ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.