AZ

Kapital Bank marketlərdən alış veriş üzrə keşbekləri dayandırdı, əvəzində isə... Rəsmi açıqlama

ain.az, Mia.az saytına istinadən bildirir.

"Kapital Bank" (Birbank) avqustun 1-dən başlayaraq marketlərdənalış-veriş zamanı əldə olunan keşbekləri dayandırıb.

Mia.az xəbər verir ki, bank artıq hər ay iki seçim imkanı təklif etdiyi siyahıdan kart sahiblərinin daha çox istifadəe tdiyi "market"lər seçimini "ixtisar"a salıb: "Düzdür, yalnız "Bravo" saxlanılıb. O da yalnız umico keşbeklərə şamil edilib, özü də 0.3 faizlə. GR kodla isə bir faiz... Yəni, burada da faiz aşağı salınıb".

Məsələ ilə bağlı Mia.az-ın sorğusuna "Kapitalbank"dan belə cavab verilib:

"1 avqust 2025-ci ildən etibarən Birbank kartları üçün yeni bonus şərtləri tətbiq olunacaq. Bu dəyişikliklər daha çox qazanmaq imkanı yaradır və aşağıdakı kimidir:

Partnyorlarda alış-verişlərə keşbek əvəzinə limitsiz bonus:

Əvvəl Birbank kartları ilə partnyorlarda etdiyin alış-verişlər zamanı keşbek qazanırdın. 1 avqust 2025-ci ildən etibarən partnyorlarda etdiyin ödənişlərə görə keşbek əvəzinə Umico bonusları qazanacaqsan. Bu bonuslar limitsiz olacaq və partnyorlarımızda alış-veriş etdikcə bütün bonuslar toplanacaq.

Qeyd edək ki, partnyorlarda bonus qazanmaq üçün Birbank tətbiqində ən azı 1 Umico bonus kateqoriyası seçməlisən. Əgər bu ay üçün keşbek kateqoriyasını seçsən, partnyorlarda ödənişlərə görə bonus əldə edə bilməyəcəksən. Yalnız bonus kateqoriyasını seçərək limitsiz bonus qazanmaq mümkündür.

Daha çox bonus qazanmaq şansı

Yeni qaydalara əsasən, qazandığın bonuslar toplanacaq. Məsələn, əgər bu ay üçün "Hotellər - 3%" bonus kateqoriyasını seçib partnyorumuzda ödəniş edirsənsə, həmin ödəniş üçün əlavə 5% bonus əldə edəcəksən. Bu halda həm “Hotellər” bonus kateqoriyasından 3%, həm də partnyor ödənişi üzrə əlavə 5% bonus olmaqla toplamda 8% Umico bonusu qazanacaqsan.

Aylıq kateqoriya limitləri

İndi Birbank kartları ilə ay ərzində maksimum 50₼ keşbek və ya maksimum 100 Umico bonusu qazanmaq olar. Birbanklılar bir neçə fərqli kartdan istifadə edərək bonus və ya keşbek qazana bilər, lakin toplam məbləğ müvafiq limitləri keçməməlidir.

Bu yeniliklərdən faydalanmaq üçün:

- Birbank tətbiqində ən azı bir bonus kateqoriyası seç;

- Partnyorlarda alış-veriş etməklə limitsiz bonus qazanmağa başla;

- Qazandığın bonusları növbəti alış-verişlərində xərclə.

F.ƏHMƏD

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
4
mia.az

5Mənbələr