AZ

Özəlləşdirmədən dövlətbüdcəsinə 79,5 milyon manat daxil oldu

BAKI,1 avqust. TELEQRAF

İlin birinci yarısında özəlləşdirmədən dövlət büdcəsinə 79,5 milyon manat vəsait ödənilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən Teleqraf-a verilən məlumata görə 2025-ci ilin yanvar-iyun ayları ərzində 22 hərrac keçirilib.

Məlumata görə, hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 463 nəqliyyat vasitəsi satılıb.

Yeni iş yerlərinin açılması, sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi baxımından iri dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Hesabat dövründə “Bakı Ayaqqabı Fabriki” ASC-nin investisiya müsabiqəsi vasitəsilə satılmış səhmlərinin alıcısı tərəfindən müqavilə öhdəliklərinin icrası yekunlaşdırılıb.

“Bakı Ayaqqabı Fabriki” ASC ilə yanaşı, “Tibb Texnikasının Təmiri Zavodu”, “Bakı Nefqazmədən Avadanlıqları Zavodu” və “Gəncə-Qənnadı” ASC-ləri, habelə “Sumqayıt Tekstil”, “Gəncə Xalça Kombinatı”, “Bakı Alüminium Profil” və “Bakı Mərmər Qranit” MMC-lərdə investorlar tərəfindən görülən işlərin monitorinqi aparılıb və investorlarla mövcud vəziyyət müzakirə edilib.

Bu ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə 79,5 milyon manat vəsait daxil olub, ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizə yaxın artım qeydə alınıb.

Seçilən
6
3
teleqraf.com

4Mənbələr