AZ

İlin birinci yarısında özəlləşdirmədən dövlət büdcəsinə 79,5 milyon manat vəsait ödənilib

Dövlət əmlakının özəlləşdirilməsi, hərracların təşkili sahəsində işlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-iyun ayları ərzində 22 hərrac keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 463 nəqliyyat vasitəsi satılıb.

Yeni iş yerlərinin açılması, sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi baxımından iri dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Hesabat dövründə “Bakı Ayaqqabı Fabriki” ASC-nin investisiya müsabiqəsi vasitəsilə satılmış səhmlərinin alıcısı tərəfindən müqavilə öhdəliklərinin icrası yekunlaşdırılıb.

“Bakı Ayaqqabı Fabriki” ASC ilə yanaşı, “Tibb Texnikasının Təmiri Zavodu”, “Bakı Nefqazmədən Avadanlıqları Zavodu” və “Gəncə-Qənnadı” ASC-ləri, habelə“Sumqayıt Tekstil”, “Gəncə Xalça Kombinatı”, “Bakı Alüminium Profil” və “Bakı Mərmər Qranit” MMC-lərdə investorlar tərəfindən görülən işlərin monitorinqi aparılıb və investorlarla mövcud vəziyyət müzakirə edilib.

Bu ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə 79,5 milyon manat vəsait daxil olub, ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizə yaxın artım qeydə alınıb.

Seçilən
29
3
vergiler.az

4Mənbələr