“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Heftelik.az Apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu “Şkendiya” (Şimali Makedoniya) klubu ilə qarşılaşacaq.
Şimali makedoniyalılar II təsnifat mərhələsindən FCSB-ni mübarizədən kənarlaşdırıblar. “Şkendiya” hər iki oyunda güclü rəqibini məğlub edərək, sürprizə imza atıb (1:0, 2:1).
“Qarabağ” “Şkendiya” ilk görüşü avqustun 5-6-da səfərdə keçirəcək, cavab matçı isə 12-də Bakıda olacaq.
Qeyd edək ki, II təsnifat mərhələsindən mübarizəyə qoşulan “Qarabağ” hər iki oyunda “Şelburn”dan güclü olub (3:0, 1:0).