AZ

“Qarabağ”ın növbəti mərhələdəki rəqibi müəyyənləşib

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan çempionu "Şkendiya" (Şimali Makedoniya) klubu ilə qarşılaşacaq.

Şimali makedoniyalılar II təsnifat mərhələsindən FCSB-ni mübarizədən kənarlaşdırıblar. "Şkendiya" hər iki oyunda güclü rəqibini məğlub edərək, sürprizə imza atıb (1:0, 2:1).

"Qarabağ" "Şkendiya" ilk görüşü avqustun 5-6-da səfərdə keçirəcək, cavab matçı isə 12-də Bakıda olacaq.

Qeyd edək ki, II təsnifat mərhələsindən mübarizəyə qoşulan "Qarabağ" hər iki oyunda "Şelburn"dan güclü olub (3:0, 1:0).

Seçilən
99
9
bakivaxti.az

10Mənbələr