"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu "Şkendiya" (Şimali Makedoniya) klubu ilə qarşılaşacaq.
Şimali makedoniyalılar II təsnifat mərhələsindən FCSB-ni mübarizədən kənarlaşdırıblar. "Şkendiya" hər iki oyunda güclü rəqibini məğlub edərək, sürprizə imza atıb (1:0, 2:1).
Şimali Makedoniya çempionu turnirə ilk mərhələdən start verib və TNS (Uels) komandasını əlavə vaxtda mübarizədən kənarlaşdırıb. Komandalar arasında ilk oyun 0:0, cavab matçı isə 2:1 hesabı ilə başa çatıb.
"Qarabağ" "Şkendiya" ilk görüşü avqustun 5-6-da səfərdə keçirəcək, cavab matçı isə 12-də Bakıda olacaq.
II təsnifat mərhələsindən mübarizəyə qoşulan "Qarabağ" hər iki oyunda "Şelburn"dan güclü olub (3:0, 1:0).
FCSB (Rumıniya) – "Şkendiya" (Şimali Makedoniya) - 1:2
Qollar: Çisotti, 28 (1:0), Latifi, 33 (1:1), Krstevski, 87 (1:2)
İlk oyun – 0:1