AZ

BP bərpa olunan enerji texnologiyaları üzrə iki tədris emalatxanası yaradıb

BP və tərəfdaşları Azərbaycanda bərpa olunanenerji texnologiyaları sahəsində bacarıqların inkişafına yönəlmiş transformativ bir peşə təhsili layihəsini uğurla başa çatdırıb. Teleqeaf xəbər verir ki, bu təşəbbüs BP və tərəfdaşlarının ölkədə təhsilə və dayanıqlı inkişafa dəstək öhdəliyinin bir hissəsidir.

Layihədə məqsəd peşə təhsili alan tələbələrin və bu sahədəixtisaslaşan müəllimlərin sürətlə inkişaf edən bərpa olunan enerji sektorunda fəal iştirakı üçün onları lazım olan bilik və praktikibacarıqlarla təmin etməkdir. Layihə iki əsas komponentdən ibarətdir:

1. Bərpa olunan enerji üzrə tədris emalatxanalarının yaradılması. Bu məqsədlə biri Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət PeşəTəhsil Mərkəzi, digəri isə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi üçün olmaqla, ümumilikdə iki tam təchizolunmuş, müasir bərpa olunan enerji emalatxanası yaradılıb. Bu innovativ emalatxanalar real bərpa olunan enerji ssenariləri əsasında immersiv, praktiki təlim imkanları təqdim edir. Hər iki emalatxana qabaqcıl günəş və külək enerjisi sistemləri ilə təchizolunaraq tələbələrə sənaye standartlarına uyğun praktiki bacarıqlarəldə etməyə imkan yaradır.
2. İqlim dəyişikliyi və ətraf mühit üzrə əhatəli təlim modulunun hazırlanması və peşə təhsili proqramına daxil edilməsi. Moduldaqlobal istiləşmənin elmi əsasları və təsiri, insan fəaliyyətinin iqlimdəyişikliyinə təsiri, bərpa olunan enerji mənbələrinin bu təsirin azaldılmasında rolu, enerji səmərəliliyi və dayanıqlı inkişaf kimi mövzular əhatə olunub.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Azərbaycanın peşə təhsili sistemi və bərpa olunan enerji sektoru üçün uzunmüddətli töhfələr verəcək bir layihəni uğurla başa çatdırmaqdan məmnun olduqlarını qeyd edib:

“İnanırıq ki, bu layihə tələbələrə bərpa olunan enerji texnologiyaları sahəsində praktiki bacarıqlar qazanmaq, müəllimlərəisə tədrisin keyfiyyətini artırmaq üçün dəyərli imkanlar yaradır. Ən önəmlisi isə odur ki, layihə gənc mütəxəssislər arasında dayanıqlı iqlim savadlılığını və ekoloji məsuliyyəti təşviq edərək Azərbaycanın enerji keçidi üçün ixtisaslı işçi qüvvəsinin formalaşmasına töhfə verir.”

Layihə “World Skills Azerbaijan” İctimai Birliyi tərəfindən həyata keçirilib. 2024-cü ilin may ayında başlanmış və 2025-ci ilin iyul ayında başa çatmış bu layihənin ümumi dəyəri 322000 AZN (təxminən 189400 ABŞ dolları) təşkil edib.

Seçilən
30
4
teleqraf.com

5Mənbələr