Astara rayonunda qadın qətlə yetirilib.
Referans xəbər verir ki, rayonun 55 yaşlı Kakalos kənd sakini Xalidə Paşa qızı Manafova kəsilmiş-deşilmiş xəsarətlərlə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
X.Manafovanı bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən gəlini 2004-cü il təvəllüdlü Rufanə İmanova saxlanılıb.
Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi hələlik dəqiqləşməyib.
Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta