AZ

Astarada 55 yaşlı qadın öldürüldü - Gəlini tutuldu

Astara rayonunda qadın qətlə yetirilib.

News365.az-ın məlumatına görə, rayonun 55 yaşlı Kakalos kənd sakini Xalidə Paşa qızı Manafova kəsilmiş-deşilmiş xəsarətlərlə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

X.Manafovanı bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən gəlini 2004-cü il təvəllüdlü Rufanə İmanova saxlanılıb.

Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi hələlik dəqiqləşməyib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
60
8
news365.az

10Mənbələr