AZ

Astarada 55 yaşlı qadın öldürüldü - 21 yaşlı gəlini tutuldu-Yenilənib

Astara rayonunda qadın qətlə yetirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun 55 yaşlı Kakalos kənd sakini Xalidə Paşa qızı Manafova kəsilmiş-deşilmiş xəsarətlərlə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

X.Manafovanı bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən gəlini 2004-cü il təvəllüdlü Rufanə İmanova saxlanılıb.

Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi hələlik dəqiqləşməyib.

Faktla bağlı araşdırma aparılır.

***

Astarada törədilmiş qətlin bəzi təfərrüatları məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ötən gecə bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılan Xalidə Manafovanın yaxınları onun özünün-özünə zərbələr endirdiyini deyiblər.

Lakin qısa vaxt sonra qadının intihar etməməsi, ona qəsdən xəsarətlərin yetirilməsi müəyyən edilib və hadisədə şübhəli bilinən X.Manafovanın gəlini Rufanə İntiqam qızı İmanova polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin araşdırmalarla qətl hadisəsinin ailə-məişət münaqişəsi zəminində törədilməsi müəyyənləşib.

Araşdırmalar davam etdirilir.

Aslan Vəliyev

Seçilən
62
8
qafqazinfo.az

10Mənbələr