Bu ilin yanvar-iyun aylarında ölkədən 76,6 milyon ABŞ dolları dəyərində 10,7 min tondan çox meşə fındığı ixrac edilib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub.
Bildirilib ki, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 47,7 faiz və ya 24,7 milyon dollar, həcm baxımından isə 27,7 faiz və ya 2,3 min ton çoxdur.
Cari ilin ilk altı ayında meşə fındığının ümumi ixracda xüsusi çəkisi 0,6 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 4,37 faizə bərabər olub.