Bu ilin yanvar-iyun ayları ərzində ölkədən 134,3 milyon ABŞ dolları dəyərində 149 min tondan çox pomidor ixrac edilib.
Operativ Media xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 8,8 faiz və ya 12 milyon dollar, həcmi isə 17,6 faiz və ya 20,1 min ton artıb.
Cari ilin ilk altı ayında pomidorun ümumi ixracda xüsusi çəkisi 1,16 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 8,5 faizə bərabər olub.