Bu ilin yanvar-iyun aylarında ölkədən 45,5 milyon ABŞ dolları dəyərində 42,9 min tondan çox qara metallar və onlardan hazırlanan məmulatlar ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 12,5 faiz, həcm olaraq 1,8 faiz çoxdur.
Hesabat dövründə bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,35 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,59 faizə bərabər olub.