AZ

Natiq Qasımovun anası ilə vida mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB

Gəncədə vəfat edən Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımova ilə vida mərasimi keçirilir.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, mərhumla vida mərasimi onun yaşadığı evdə təşkil olunub.

Mərasimdə dövlət qurumlarının vəzifəli şəxsləri, şəhid və qazi ailələri, Vətən müharibəsi iştirakçıları iştirak edir.

Mərhum Səbiskar qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunacaq.

Qeyd edək ki, Dursun Qasımova dünən axşam saatlarında 83 yaşında dünyasını dəyişib. Milli Qəhrəmanın anası bir müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi.

"Cebheinfo.az"

Seçilən
60
2
cebheinfo.az

10Mənbələr