AZ

Natiq Qasımovun anası ilə vida mərasimi keçirilir - Fotolar - Yenilənir

Gəncədə vəfat edən Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımova ilə vida mərasimi keçirilir.

“Qafqazinfo” xəbər verir ki, mərhumla vida mərasimi onun yaşadığı evdə təşkil olunub.

Mərasimdə dövlət qurumlarının vəzifəli şəxsləri, şəhid və qazi ailələri, Vətən müharibəsi iştirakçıları iştirak edir.

Mərhum Səbiskar qəbristanlığında, həyat yoldaşının yanında dəfn olunacaq.

Qeyd edək ki, Dursun Qasımova dünən axşam saatlarında 83 yaşında vəfat edib. Milli Qəhrəmanın anası bir müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi.

Yunis Quliyev



Seçilən
68
2
qafqazinfo.az

10Mənbələr