Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Konqo Demokratik Respublikasının Qoma şəhərində yerləşən kilsəyə edilən hücum nəticəsində azı 38 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.
“Qafqazinfo” bu barədə “Reuters”ə istinadən xəbər verir.
Hücumun “Demokratik Müttəfiq Qüvvələr” (ADF) qrupunun üzvləri tərəfindən həyata keçirildiyi güman edilir.
Məlumata görə, bir neçə nəfər itkin düşüb.
“Üsyançılar əsasən gecəni Katolik kilsəsində keçirən xristianlara hücum etdilər,” - deyə hadisə yerində olan insan haqları fəalı Kristof Munianderu bildirib.
Silahlılar bir neçə ictimai bina və şəxsi evləri yandırıblar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.