AZ

Konqoda kilsəyə hücum oldu - Xeyli sayda ölən var

Şərqi Konqo Demokratik Respublikasının (KDR) Komanda şəhərində yerləşən kilsəyə silahlı hücum olub.

"Unikal" xəbər verir ki, hücum nəticəsində azı 38 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.

Kilsəyə hücumun bazar günü səhər saatlarında İturi vilayətinin Komanda şəhərində yerləşən silahlanmış “Demokratik Müttəfiq Qüvvələr” (ADF) qrupunun üzvləri tərəfindən həyata keçirildiyi güman edilir.

Bir çox insan hələ də itkin düşmüş hesab olunur.

Seçilən
113
34
unikal.az

10Mənbələr