Konqo Demokratik Respublikasının Komando şəhərində kilsəyə hücum nəticəsində 38 nəfər ölüb, 15 nəfər yaralanıb.
Axar.az "Əl Cəzirə"yə istinadən xəbər verir ki, kilsəyə hücumun silahlanmış "Demokratik Müttəfiq Qüvvələr" qrupunun üzvləri tərəfindən həyata keçirildiyi güman edilir.
Həmçinin, hücum zamanı bir neçə ev və mağaza da yandırılıb.