AZ

Rusiyada təyyarə qəzası: Axtarışlar başladı

Amur vilayətində baş verən təyyarə qəzasından sonra "Anqara" aviaşirkətində axtarışlara başlanılıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmisi Svetlana Petrenko məlumat yayıb.

O bildirib ki, müstəntiqlər qəzanın baş verdiyi ərazidə işləyir, hava nəqliyyatı təşkilatlarında axtarış və sənədlərin müsadirəsini həyata keçirirlər.

Qeyd edək ki, bu gün An-24 təyyarəsinin qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 49 nəfər – 43 sərnişin, 6 heyət üzvünün hamısı həlak olub.

“Cebheinfo.az”

Seçilən
40
3
cebheinfo.az

7Mənbələr