ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Amur vilayətində baş verən təyyarə qəzasından sonra "Anqara" aviaşirkətində axtarışlara başlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmisi Svetlana Petrenko məlumat yayıb.
O bildirib ki, müstəntiqlər qəzanın baş verdiyi ərazidə işləyir, hava nəqliyyatı təşkilatlarında axtarış və sənədlərin müsadirəsini həyata keçirirlər.
Qeyd edək ki, bu gün An-24 təyyarəsinin qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 49 nəfər – 43 sərnişin, 6 heyət üzvünün hamısı həlak olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.