Amur vilayətində baş verən təyyarə qəzasından sonra "Anqara" aviaşirkətində axtarışlara başlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmisi Svetlana Petrenko məlumat verib.
O bildirib ki, istintaqçılar qəzanın baş verdiyi ərazidə işləyir, hava nəqliyyatı təşkilatlarında axtarış və sənədlərin müsadirəsini həyata keçirirlər", - Petrenko vurğulayıb.
Qeyd edək ki, bu gün An-24 təyyarəsinin qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 49 nəfər – 43 sərnişin, 6 heyət üzvünün hamısı həlak olub.