Bakı. Trend:
2025-ci il 25–30 iyul tarixlərində Azərbaycanda “VyetnamGünləri” keçiriləcək. Bu münasibətlə iyulun 27-də İçərişəhərinsimvolu olan Qız Qalası meydanında xüsusi mədəni-əyləncəli proqrambaş tutacaq.
Trend xəbərverir ki, Azərbaycanın Vyetnamdakı Səfirliyinin təşəbbüsü və“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi iləreallaşacaq bu tədbir iki qədim Şərq mədəniyyətini bir arayagətirəcək.
Meydanda Vyetnam musiqisinin müşayiəti ilə rəssamlıq əsərlərisərgilənəcək, zəriflik və ənənənin təcəssümü sayılan milli qadıngeyimi Ao Zai nümayiş olunacaq. Eyni zamanda, qonaqlar üçün əlişlərinin satış-sərgisi də təşkil olunacaq.
“Vyetnam Günləri” Bakıda və Hanoyda baş tutan qarşılıqlı dostluqtədbirlərinin davamı olaraq xalqlarımız arasında mədəniəməkdaşlığın və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə xidmətedir.
İctimai-siyasi xadimlər, mədəniyyət və elm nümayəndələri,diplomatik korpus üzvləri, eləcə də könüllülərin iştirakıgözlənilən tədbirə hər birinizi dəvət edirik.
Gəlin İçərişəhərin qədim divarları arasında Şərqin başqa birnəfəsini birlikdə duyaq.