ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Bakıda 25–30 iyul tarixlərində “Vyetnam Günləri” keçiriləcək, xüsusi proqram təşkil olunacaq. SİA xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib.
Qeyd edilib ki, Azərbaycanın Vyetnamdakı Səfirliyinin təşəbbüsü və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirləcək tədbir iki qədim Şərq mədəniyyətini bir araya gətirəcək.
İyulun 27-də isə Qız Qalası meydanında xüsusi mədəni-əyləncəli proqram baş tutacaq.
Meydanda Vyetnam musiqisinin müşayiəti ilə rəssamlıq əsərləri sərgilənəcək, milli qadın geyimi Ao Zai nümayiş olunacaq. Eyni zamanda, qonaqlar üçün əl işlərinin satış-sərgisi də təşkil olunacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.