AZ

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

2025-ci il 25–30 iyul tarixlərində Azərbaycanda “Vyetnam Günləri” keçiriləcək.

Bu münasibətlə iyulun 27-də İçərişəhərin simvolu olan Qız Qalası meydanında xüsusi mədəni-əyləncəli proqram baş tutacaq.

Azərbaycanın Vyetnamdakı Səfirliyinin təşəbbüsü və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə reallaşacaq bu tədbir iki qədim Şərq mədəniyyətini bir araya gətirəcək.

Meydanda Vyetnam musiqisinin müşayiəti ilə rəssamlıq əsərləri sərgilənəcək, zəriflik və ənənənin təcəssümü sayılan milli qadın geyimi Ao Zai nümayiş olunacaq. Eyni zamanda, qonaqlar üçün əl işlərinin satış-sərgisi də təşkil olunacaq.

“Vyetnam Günləri” Bakıda və Hanoyda baş tutan qarşılıqlı dostluq tədbirlərinin davamı olaraq xalqlarımız arasında mədəni əməkdaşlığın və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə xidmət edir.

İctimai-siyasi xadimlər, mədəniyyət və elm nümayəndələri, diplomatik korpus üzvləri, eləcə də könüllülərin iştirakı gözlənilən tədbirə hər birinizi dəvət edirik.

Gəlin İçərişəhərin qədim divarları arasında Şərqin başqa bir nəfəsini birlikdə duyaq. 

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
5
cebheinfo.az

10Mənbələr