AZ

İlk yarımildə 92,3 milyon dollarlıq azot gübrəsi ixrac olunub

Bu ilin yanvar-iyun aylarında ölkədən 92,3 milyon ABŞ dolları dəyərində 316,8 min tondan çox azot gübrəsi ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində təqribən 1,75 dəfə və ya 39,7 milyon dollar, həcm baxımından isə 17,2 faiz və ya 46,5 min ton çoxdur.

Cari ilin ilk 6 ayında gübrənin ümumi ixracda xüsusi çəkisi 0,72 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 5,27 faizə bərabər olub.

Seçilən
1
5
vergiler.az

10Mənbələr